Xəzər Xəbər

"Humberto" Britaniyanı da vurdu: problemlər yarandı... - VİDEO

Veb TV | 12:24 • 25 Sentyabr 2019
"Humberto" Britaniyanı da vurdu:

Böyük Britaniyada hava şəraitinin kəskin şəkildə dəyişməsi bir çox problemlər yaradıb.

Hava şəraitinin pişləşməsinə səbəb Bermuda sahil xəttini vuran "Humberto" qasırğasının qalıqları ilə əlaqədardır.

Leysan yağışları yollarda daşqınlara və səyahət problemlərinə səbəb olub. Hava şəraiti qatarların hərəkətinə də maneə törədib, nəticədə dəmiryolu xətlərində gecikmələr yaranıb.

Ətraf Mühit Agentliyi tərəfindən London, Derbişayr, Şeffild, Notinqamşayr ve Stafordşayr ərazilərinə daşqın və sel xəbərdarlığı olunub. Həmçinin elektrik enerjisinin kəsilmə ehtimalı olduğu da açıqlanıb./axar.az

Xəbər lenti

Çox oxunanlar