Xəzər Xəbər

Rusiyalı aktrisa və model İçərişəhərdə belə rəqs etdilər - VİDEO

Veb TV | 20:16 • 24 Sentyabr 2019
Rusiyalı aktrisa və model İçərişəhərdə belə rəqs etdilər -

Rusiyalı aktrisa Xilda Karmen və model Viktor Mixaylov Bakıya səfər ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar İçərişəhərdə rəqs edərək, görüntüləri sosial şəbəkədə paylaşıb.

Xilda Karmen modellə birlikdə "La-La-Lend” filmindən epizodu oynayıblar.

Xezerxeber.az-ın məlumatına görə, İçərişəhərin tarixi küçələrində məşhur "La-La-Lend" filminin epizodu yenidən canlandırılıb.

Rusiyanın məşhur aktirisası Xilda Karmen və model Viktor Mixaylov Bakıda küçədə rəqs ediblər. Onların "La-La-Lend" filminin musiqisini oynamaları izləyəcilərin marağına səbəb olub.

Videonu qısa zamanda ''Baku ku lend'' həştəqi ilə minlərlə insan paylaşıb.

Aktrisa Xilda Karmen İnstagram hesabında belə bir reaksiyanı gözləmədiyini sözün əsl mənasında təəccübləndiyini bildirib.

Rusiyalı məşhur aktrisa bu videodan sonra sosial şəbəkə izləyicilərinin durmadan artdığını bildirir. O, yenidən Bakıya qonaq gələcəyi barədə də post paylaşıb.

Qeyd edək ki, Xilda Karmen və model Viktor Mixaylov Bakıya Rusiyanın "Moya Planeta" telekanalının yeni səyahət proqramının çəkilişləri üçün gəliblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024