Xəzər Xəbər

Elmar Məmmədyarov: Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib - VİDEO

Veb TV | 18:55 • 24 Sentyabr 2019
Elmar Məmmədyarov: Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib -

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında növbəti görüş keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkda keçirilən görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva görüşlə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb. O, Ermənistan tərəfinin görüş ərəfəsində cəbhədə təxribat törətməsini sülh danışıqlarının ruhuna zidd olduğunu vurğulayıb.

Leyla Abdullayeva nazirlərin Nyu-Yorkda keçirilən görüşünün ciddi əhəmiyyət kəsb edəcək hansısa nəticəsinin olmadığına da diqqət çəkib.

Bu arada, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan Baş nazirini beynəlxalq ictimaiyyəti aldatmaqda günahlandırıb. O, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə kontakt qrupunun dördüncü iclasında çıxışında deyib. Nazir bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan utanmazcasına ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqların məqsədini "müharibənin… nəticələrini qorumaq" kimi xarakterizə edərək təhrif edib. Bu addım Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən "bir qarış torpağın" Azərbaycana qaytarılmaması və "yeni ərazilər üçün yeni müharibə" kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərinin qeyri-qanuni istismarı üzrə Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024