Xəzər Xəbər

Kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb - VİDEO

Veb TV | 20:12 • 24 Sentyabr 2019
Kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb -

Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Salyan rayonunun Maraşlı kəndində kütləvi pambıq yığımına start verilməsinə həsr olunmuş tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov da iştirak edib. 

Nazir İnam Kərimov bildirib ki, aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı üçün dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində son bir neçə ildə aqrar sektorda inkişaf tempi müşahidə edilir.

Nazir Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində subsidiyanın tətbiq olunduğunu xatırladıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü vurğulayıb.

Artıq respublikanın bütün rayonlarında kütləvi pambıq yığımı prosesinə başlanılıb. Əvvəlki illərdən fərqli olaraq bu il fermerlər tərəfindən pambıq əkini üçün daha məhsuldar sahələr seçilib.Bu il ötən ilə nisbətən yığımın 90 faizinin kombaynlarla həyata keçirilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024