Xəzər Xəbər

Bakıda neft buruqlarının mühərrikləri oğurlanıb, evlər qarət edilib - VİDEO

Veb TV | 18:59 • 24 Sentyabr 2019
Bakıda neft buruqlarının mühərrikləri oğurlanıb, evlər qarət edilib -

Bakıda neft buruqlarının mühərriklərini oğurlayan şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Səbail rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərrikinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyatla qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon skini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər.

Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Paytaxtın Binəqədi polisi isə rayon ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayevi saxlayıb. Araşdırma zamanı müəyyən olub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən Raci Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən hər iki faktla bağlı cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar