Xəzər Xəbər

Yevlax və Ağsuda ağır qəzalar - 2 ölü, 5 yaralı var - VİDEO

Veb TV | 19:18 • 24 Sentyabr 2019
Yevlax və Ağsuda ağır qəzalar -

Yevlaxda ağr qəza baş verib. Rayonda iki minik maşını toqquşub, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, Şəki rayon sakini, 53 yaşlı Mövsüm Məmmədkərimov hadisə yerində ölüb.

Şəki rayon sakinləri - 33 yaşlı Əli Məmmədkərimov, 28 yaşlı Mahal Məmmədkərimov, 31 yaşlı Turan Pirməmmədov və 28 yaşlı Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzada ölən Mövsüm Məmmədkərimov Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşı, yaralanan Əli və Mahal Məmmədkərimovlar isə bacısı övladlarıdır.

Ağsuda isə körpüdən çaya düşən avtomobilin sürücüsü ölüb. Hadisə ötən gecə saat 23:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda, Ağsu çayı üzərindən keçən körpüdə, Dilman kəndi ərazisində qeydə alınıb. Bakının Binəqədi rayon sakini, 36 yaşlı Qüdrət Şahpələngov Gürcüstan dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq körpüdən Ağsu çayına düşüb. Hadisə nəticəsində sürücü Qüdrət Şahpələngov və sərnişini Bayram Əkbərov ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq sürücü xəstəxanada dünyasını dəyişib, sərnişinin vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar