Xəzər Xəbər

Samuxda mağaza, Astarada isə ev qarət edilib - saxlanılanlar var - VİDEO

Veb TV | 18:38 • 24 Sentyabr 2019
Samuxda mağaza, Astarada isə ev qarət edilib -

Samux rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Alabaşlı qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birini qarət edən Gəncə şəhər sakinləri, əvvəllər məhkum ounmuş 26 yaşlı Ayxan Hüseynov və həmyaşıdı Rəşad Məmmədov saxlanılıb. Araşdırmalar zamanı müəyən edilib ki, həmin şəxslər Qarayeri qəsəbində də daha bir mağazadan oğurluq ediblər.

Xezerxeber.az-ın məlumatına görə, saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onların oğurluq yolu ilə əldə etdikləri tütün məmulatlarının bir qismi tapılaraq istintaqa təqdim olunub. Saxlanılan Rəşad Məmmədov oğurluqda yalnız gözətçi kimi iştirak etdiyini deyib.

Hazırda saxlanılan şəxslərin digər əməllərinin olub-olmadığı araşdırılır.

Astarada isə evdən oğurluq edən Lənkəran sakini saxlanılıb. Astara sakini Xatirə Fətəliyeva rayon polis şöbəsinə müraciət edərək Maşxan kəndində yerləşən evindən 1 ədəd notbuk, 3 ədəd müxtəlif markalı telefonların oğurlandığını bildirib. Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayonunun Viyən kənd sakini, əvvəllər məhkum olunmuş Ramid Əzizov saxlanılıb. Oğurladığı əşyalar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar