Xəzər Xəbər

Azadlıq prospektindəki dayanacaqların əksəriyyətində "BakıKart'' aparatı yoxdur - VİDEO

Veb TV | 19:00 • 24 Sentyabr 2019
Azadlıq prospektindəki dayanacaqların əksəriyyətində "BakıKart'' aparatı yoxdur -

Azadlıq prospektindəki əksər dayanacaqda ''BakıKart''ı tanıyan terminal yoxdur. Həmin prospektdən keçən avtobusların əksəriyyətində isə ödəniş "BakıKart"la edilir. Odur ki, terminalların olmaması sərnişinləri çətinliyə salıb.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərin tək istəyi aidiyyəti qurum olan Bakı Nəqliyyat Agentliyinin əraziyə baxış keçirməsi və xüsusən çox ehtiyac olan dayanacaqlara terminalların qoyulmasıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, vətəndaşlar bu kimi problemlərlə qarşılaşarkən mütləq quruma müraciət etsinlər. O ki qaldı dayanacaqlarda bu aparatların olmamasına, qurumdan bildirilib ki, həmin prospektdə kifayət qədər ''BakıKart'' aparatı olan dayanacaq var. Sərnişinlərə digər dayanacaqlarda kartlarına pul yükləmək tövsiyə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar