Xəzər Xəbər

Avtomobillərin texniki baxış rüsumu artırılır - VİDEO

Veb TV | 18:49 • 24 Sentyabr 2019
Avtomobillərin texniki baxış rüsumu artırılır -

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirlməsinə görə dövlət rüsumu 20 manatdan, 30 manata qaldırılması təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, dəyişiklik təklifi millət vəkilləri tərəfindən qəbul edilərsə qərar növbəti ildən qüvvəyə minəcək.

Artımla bağlı təklifləri şərh edən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov texniki baxış sisteminin təkmilləşdirildiyini və bir sıra yeniliklərin olacağını bildirib.

Ehsan Zahidov artımın olacağı təqdirdə belə ölkəmizdə yeni rüsumun qonşu ölkələrlə müqayisədə aşağı olacağını bildirib.

Qeyd edək ki, layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024