Xəzər Xəbər

Azərbaycanda ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat aparılıb - VİDEO

Veb TV | 19:29 • 24 Sentyabr 2019
Azərbaycanda ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat aparılıb -

Sentyabrın 24-də Sosial Tədqiqatlar Mərkəzi (STM) "Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirib.


Xezerxeber.az xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Mərkəz haqqında və görülən işlər barədə məlumat verib. 


Z.Oruc qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb. Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma və s. qeyd edilə bilər; "Sosial Tədqiqatlar" və "Azərbaycan barometri" adlı jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, müntəzəm nəşrə hazırlıq başa çatıb.


Tədbirdə çıxış edən Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır. Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. 

Səadət Yusifova diqqətə çatdırıb ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.


Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet İttifaqı ölkələri arasında ən dərin resessiyaya məruz qalmış bir ölkə olub. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi, resessiya aradan qaldırıldı. İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar və sərəncamlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir.


Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytının (stm.az) təqdimatı keçirilib. 


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024