Xəzər Xəbər

Qarabağ müharibəsi əlillərinə daha 47 avtomobil təqdim edilib - VİDEO

Veb TV | 18:35 • 24 Sentyabr 2019
Qarabağ müharibəsi əlillərinə daha 47 avtomobil təqdim edilib -

Sentyabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə daha 47 avtomobil təqdim edib.


Xezerxeber.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib. 


Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, artıq bu ilin ötən dövründə 174 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.


Minik avtomobili ilə təmin olunan müharibə əlilləri ölkədə həmin kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin davamlı olaraq güclənməsinə, həmçinin, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024