Xəzər Xəbər

Göyçayda nar yığımına başlanılıb - VİDEO

Veb TV | 20:35 • 29 Sentyabr 2019
Göyçayda nar yığımına başlanılıb -

Göyçayda nar yığımına başlanılıb. Hazırda 60-dan çox sortu olan narın bir neçə sortu yetişib. Sakinlər narin bir hissəsini indi yığır, bir qismini isə məhsul ağacda olarkən sellofan torbalara bükərək qış aylarına saxlayırlar.

Xezerxeber.az-ın məlumatına görə, Göyçay sakinlərinin payızda gəlir sahələrindən biri də narçılıqdır.

Son 50 ildə göyçaylılar narın 65 sortunu yetişdirməyə nail olub.

Kənd sakinləri deyir ki, hələlik narın bir neçə növü yetişib. Yığılan məhsuldan artıq xaricə aparılan da var. Nar bağları Bığır, Hacıalıkənd, Qarabaqqal, Qarayazı, Ləkçıplaq, Qaraxıdır kəndlərində daha cox artırılır. Narın bir kiloqramı 50 qəpik- 1 manat arasında dəyişir.

Qeyd edək ki, Göyçayda 3700 hektar nar bağı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024