Xəzər Xəbər

"Beşiktaş"ın prezidenti istefa verdi VİDEO

Veb TV | 14:11 • 24 Sentyabr 2019
"Beşiktaş"ın prezidenti istefa verdi

İstanbulun "Beşiktaş” klubunun prezidenti Fikrət Orman vəzifəsindən istefa verib.

Funksioner "Beşiktaş”dakı vəzifəmi tamamlayıram” sözləri ilə istefasını açıqlayıb.

"Beşiktaş”da bir qan dəyişikliyinə ehtiyac var. Çox yaxşı bir baş məşqçimiz var. Hazırda neqativ hava daha çox mənim üzərimdən gəlir. Mən bu işə "Beşiktaş” sevgisi səbəbilə girdim. Sabah idarə heyətini toplayacam və "Beşiktaş”dakı vəzifəmə nöqtə qoyacam. Əlimizdən gəldiyi qədər "Beşiktaş”a xidmət etdik. Hər kəsə təşəkkür edirəm. Mən "Beşiktaş”dan işimlə əlaqəli 100 TL təmin etmədim. Mənfəətimi güdmədim. Xətalarımız olub, amma faydalarımıza baxanda vicdanla yaxşı işlər gördüyümüzə inanıram” ,- Orman istefasını açıqladığı mətbuat konfransında deyib.

Klubun idarə heyəti sabah növbədənkənartoplantı keçirəcək. İstefa qərarının rəsmi şəkildə toplantıdan sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Beşiktaş"ın iki mövsümdür yaxşı nəticə göstərməməsi ilə əlaqədar olaraq azarkeşlər klubun prezidentini istefaya səsləyirdi.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024