Xəzər Xəbər

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanmasına başlanılıb - VİDEO

Veb TV | 19:31 • 23 Sentyabr 2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanmasına başlanılıb -

Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanmasına başlanılıb. Layihənin müəllifi olan Xalq rəssamı Xanlar Əhmədov heykəlin necə olacaği ilə bağli təfərrüatları "Xəzər Xəbər"ə açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından məhz məşhur xeyriyyəçinin ayaqüstə olan heykəlinin reallaşdırılmasına qərar verilib.

Heykəlin eskiz formasının müəllifi olan Azərbaycanın Xalq rəssamı və tanınmış heykəltaraşı Xanlar Əhmədov artıq heykəlin hazırlanması prosesinə başladığını bildirib. Heykəl gələn ilin Novruz bayramında "İçərişəhər" metrostansiyasının qarşısında quraşdırılacaq.

Xalq rəssamı heykəlin ölçüləri və hansı materiallardan hazırlanacağını da açıqlayıb.

Qeyd edək ki, heykəlin hazırlanması ilə bağlı müsabiqə Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu tərəfindən birgə təşkil olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti