Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Daş Karxanası" yaşayış massivində yerləşən Firuz Bayramov adına 22 saylı məktəbdə şagird sıxlığı yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, bu məktəbdə bir sinifdə 40-dan çox şagird təhsil alır.
Validyenlər deyir ki, xüsusən 1-ci siniflərdə həddindən artıq sıxlıq var. Onların sözlərinə görə, eyni hal yuxarı siniflərdə də yaşanır.
Sakinlər bildirilər ki, ərazidə cəmi bir əsas məktəb var. Hər il yaşayış massivində əhali artdığından məktəbdə də sıxlıq artır. Onlar iddia edir ki, belə olan halda övladları normal təhsil ala bilmirlər.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirdilər ki, son illər məktəblərdə şagird sıxlığının aradan qaldırılması üçün yeni məktəblər tikilib. Gələcəkdə də məktəb şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: