Pakistanın Gilgit Baltistan əyalətində baş verən yol qəzasında 26 nəfər ölüb.
Baltistanın Skardu şəhərindən Ravalpindi şəhərinə gedən avtobus sürücüsü, 4 min 173 metr yüksəkliyindəki Babusar aşırımında idarəetməni itirib. Qəza nəticəsində 26 nəfər ölüb.
Qeyd edək ki, Babusar keçidi Gilgit Baltistanı digər Pakistan dövlətləri ilə birləşdirən ən qısa yoldur.