Türkiyə Super Liqasında 5-ci turun görüşləri keçirilir.
2017/18 mövsümünü icarə əsasında "Qarabağ"da keçirmiş Pedro Enrikenin formasını geyindiyi "Kayserispor" "Dənizlispor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Pedro Enrike komandasının yeganə qolunu vurub. Braziliyalı vinger Super Liqada ilk qolunu "Qalatasaray"a vurmuşdu.
"Kayserispor" 3xalla 17-ci pillədə qərarlaşıb. 3-cüi yerdə qərarlaşan "Dənizlispor"un 8xalı var.
"Kayserispor" - "Dənizlispor" - 1:1
Qollar: Pedro Enrike, 13 - Radoslav Muravski, 74