Facebook, instagram və digər sosial şəbəkələrdə, eləcə də youtubda söyüş,təhqirə yol verənlərın sayı artıb. Bunu jurnalistlərə açıqlamasında milli məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə açıqlayıb.
Hüquq Müdafiə Təşkilatlarinin Monitorinq Qrupunun təşkilatçıklığı ilə "Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək" adli dəyirmi masa da məhzbu məsələyə həsr olunub. 50-ə yaxın QHT rəhbərlərinin, kiv nümayəndələrinin,ziyalıların qatıldığı tədbirdə qeyd edilib ki, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə geniş yayılan və heç bir əxlaqi dəyərlərə siğmayan söyüs, təhqir və böhtan xarakterli çıxışların qarşısı alınmasa ciddi fəsadlar yarana bilər. ilk növbədə bu azərbaycan xalqınınmənəvi dəyərlərinə əxlaq normalarına ziddir.
Vurğulanıb ki, söyüş, təhqir və böhtanın istər xarici ölkədə yaşayan, istərsə də Azərbaycanda yaşayan şəxs tərəfindən yayılması yolverilməzdir.
Tədbirdə bildirilib ki bu tendensiyanın sürətlə artmasının əsas səbəblərindən biri də cəzasızlıqdır.Belə hallara son qoyulması ilə bağlı çağırışlar heç bir effekt verməsə, hüquqi müstəvidə tədbirlərin görülməsi qaçınılmazdır.
Daha sonra tədbir çıxışlarla davam etdirilib və yekunda bəyanat qəbul edilib.