Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekslərinin tədarük prosesinin ikinci mərhələsi tamamlanıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik S-400 raket müdafiə sisteminin son parçlarının tədarük prosesinin görüntülərini paylaşıb. Verilən açıqlamada bildirilib ki, proses müqavilə çərçivəsində göstərilən tarix müddətində gerçəkləşib.
Qeyd edək ki, S-400-lərin alışı ABŞ-ın qəzəbinə səbəb olmuşdu. Türkiyəyə "Patriot" havadan müdafiə sistemləri satmayan ABŞ Ankaranı sanksiyalarla təhdid etmişdi./publika.az