Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib.
"Region Online” xəbər verir ki, davada təxminən 40 nəfər iştirak edib.
Hadisəyə məşqçilər və polis işçiləri müdaxilə etməli olublar.
Polislər davada iştirak edən 6 nəfəri saxlayıblar.
Yerli mətbuat bildirir ki, davanı məşhur dağıstanlı futbolçu Arsen Akayevin oğlu başlayıb: o, birinci olaraq osetin futbolçuya zərbə endirib.
Davada komandalardan birinin qapıçısı xəsarət alıb: onun burnu sındırılıb.