Xəzər Xəbər

İtaliya A Seriyasının üçüncü turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

Veb TV | 09:15 • 16 Sentyabr 2019
İtaliya A Seriyasının üçüncü turunun növbəti oyunları keçirilib -

Sentyabrın 15-də futbol üzrə İtaliya A Seriyasının üçüncü turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun növbəti matçında "Milan” səfərdə "Verona”in qonağı olub.


Görüş milanlıların minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 65-ci dəqiqədə Kşiştof Piatek olub. "Milan” ardıcıl ikinci qələbəsini qazanaraq xalların sayını 6-ya çatdırarıb və turnir cədvəlində 6-ci yerə yüksəlib. "Verona” isə 4 xalla 10-ci yerdə qərarlaşıb.


Son çempion "Yuventus” səfərdə "Fiorentino” klubu ilə qolsuz heç-heçə edib. "Napoli” isə öz meydanında "Sampdoriya”dan güclü olub - 2:0.


Turun ən qollu oyunu paytaxt Rimdə qeydə alınıb. "Roma” - "Sassuolo” oyununda 6 qol vurulub. Görüş meydan sahiblərinin 4:2 hesablı qəıəbəsi ilə başa çatıb.


Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:


"İnter” - "Udineze” - 1:0,


"Genoa” - "Atalanta” - 1:2,


"Breşiya” - "Bolonya” - 3:4,


"Parma” - "Kalyari” - 1:3,


SPAL - "Latsio” - 2:1.


Qeyd edək ki, tura sentyabrın 16-da "Torini” - "Leççe” oyunu ilə yekun vurulacaq.

Xəbər lenti