Sentyabrın 15-də futbol üzrə futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna yekun vurulub.
Xezerxeber.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində ilk qolu 31-ci dəqiqədə Mahir Emreli vurub. Qarşılaşmanın 69-cu dəqiqəsində isə Abdullah Zubir topu rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 12-ə çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Neftçi" isə 4 xalla 5-ci yerdədir.
Qeyd edək ki, dördüncü turun digər görüşlərində "Zirə" səfərdə "Sumqayıt"ı (2:1), "Səbail" "Keşlə"ni (2:1), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.