Kənd sakini ayının hücumuna məruz qalıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllı rayonunun Xanagah kəndində qeydə alınıb.
Xanagah kənd sakini 69 yaşlı İsmayıl Rəsulov evlərinə yaxın ərazidən yemişan yığmaga gedib. Bu zaman ayı ilə üzləşib.
İri ayı onu parçalamaq istəyib. Nəhayət o, əlində olan alətlə vəhşi heyvanı özündən uzaqlaşdıra bilib.
Göz, sifət, əl və kürək nahiyyəsindən xəsarətlər alan İsmayıl Rəsulov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb. Həkimlərin tibbi yardımından sonra İsmayıl Rəsulov evə buraxılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: