Bir müddətdir bazarlarda təzə qoz-fındıq satışa çıxarılıb. Əsasən şimal-qərb rayonlarımızdan və naxçıvandan gətirilən təzə qoz-fındıq bazarlarda müxtəlif qiymətlərə satılır. Ancaq ümumiyyətlə satıcılar qiymətlərin yüksək olmasından gileylənirlər. Əməkdaşlarımız həm paytaxt bazarlarında, həm də yerində qiymətləri öyrəniblər.
Artıq bir müddətdir təzə yetişmiş qoz və fındıq satışa çıxarılıb. Qax, Zaqatala və Balakən rayonlarından, həmçinin Naxçıvandan gətirilən təzə qoz-fındıq paytaxt bazarlarında müxtəlif qiymətlərə satılır.
Qabıqlı təzə qozun qiyməti 5-9 manat arasında dəyişir. Xarici sort qozun qiyməti isə 13 manatdır. Eyni zamanda təzə fındığın kilosu 5-6 manata təklif olunur.
Bazarlarda təzə qoz-fındığın baha olmasını isə satıcılar müxtəlif səbəblərlə izah edirlər.
Paytaxt bazarlarında qiymətlərin belə baha olmasına baxmayaraq, bölgələrdə fermerlər əziyyətlə becərdikləri məhsulun onlardan çox ucuz qiymətə alındığını bildirirlər. Zaqatalada təzə qoz-fındığın 1 kilosunun qiyməti 2 manat 50 qəpik - 3 manat 50 qəpik arasında dəyişir.
Hazırda bölgələrdə qoz-fındıq yığımı davam edir.