Torpaq uçqunu ölümlə nəticələnib.
Hadisə Qazaxın Qarapapaq kəndində baş verib. Kənd ərazisində Su- kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Hadisə nəticəsində rayonun Çaylı kənd sakini, 36 yaşlı Gündüz Qocalı dünyasını dəyişib. Ağstafa sakini, 49 yaşlı Niftalı Məmmədov isə müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Şirvanda isə məsciddən qayıdan 71 yaşlı kişi kanalizasiya quyusuna düşərək ölüb. Hadisə ötən axşam şəhər ərazisində baş verib. Şirvan sakini, 71 yaşlı Şahmirzə Balaşov məsciddə namaz qıldıqdan sonra evinə qayıdarkən kanalizasiya quyusuna düşərək boğulub. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.
" frameborder="0" allowfullscreen>