22 il əvvəl itkin düşən amerikalının skeleti "Google Earth" servisi vasitəsi ilə tapılıb.
XəzərXəbər "Qafqazinfo"yaistinadən məlumat verir ki, qeyri-adi obyekti "Google Earth"lə keçmiş evinin görüntülərinə baxan Uellinqton şəhər sakini aşkarlayıb. Bu barədə o, dostuna danışıb. Dostu dronu işə salıb və su rezervuarında batırılan avtomobil gördüyünü deyib.
Şəhər sakinləri polisə müraciət edib. Sudan çıxarılan avtomobilin içində insan qalıqları tapılıb.
Eskpertiza skeletin 1997-ci il noyabrın 7-də itkin düşən Uilyam Moldta məxsus olduğunu müəyyən edib. Həmin gün o, barda çalışan rəfiqəsinə zəng edib tezliklə orada olacağını desə də, gedib çıxmayıb. Yerli polis ehtimal edir ki, amerikalı idarəetməni itirib və su rezervuarına düşərək boğulub.