Uşaqları pulla aldadıb cinsi istismara məruz qoyan 85 yaşlı qoca həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyədə olub.
85 yaşlı Əhməd T. adlı şəxs məktəb binası qarşısında dayanacaqda 3 məktəbli oğlana pul verərək təcavüz etməyə çalışıb. Ətrafda olan şəxslər dərhal polisə xəbər verib.
Polis tərəfindən saxlanılan qoca Bartın qapalı həbsxanasına göndərilib.
Amma qocanın eyni cinayətdən əvvəllərdə həbs edildiyi, əqli çatışmazlığı səbəbindən azadlığa buraxıldığı ortaya çıxıb.