Türkiyənin pop ulduzu Ajda Pekkan uzun fasilədən sonra İstanbulda solo konsert verib.
XəzərXəbər "Qafqazinfo"ya istinadla xəbər verir ki, müğənni gecədə 5 min insanın qarşısına çıxaraq canlı ifa edib.
Sənətçi açılışı Emma Shapplinin "Spente Le Stelle" mahnısıyla açıb. Ardından "Aynen Öyle", "Yakar Geçerim", "Canın Sağolsun", "Sen İste" xitlərini, Orxan Gecebayın "Bir Teselli Ver" ilə Yıldız Tilbenin "Haberin Olsun" mahnılarını səsləndirib.
Ajda konsertində iki geyimdən istifadə edib. Onun paltarlarlarını Nur Yerlitaş və Züleyha Kuru hazırlayıb.
Konsertdə Bergüzar Korel, Halit Ergenç, Nur Yerlitaş, Saba Tümer, məşhur bəstəkar Şehrazad və başqaları tamaşaçı kimi Ajdanın ifalarını dinləyib.