Xəzər Xəbər

Qazlaşdırılmamış kəndlərin sakinləri pulla odun ala bilərlər - VİDEO

Veb TV | 20:31 • 9 Sentyabr 2019
Qazlaşdırılmamış kəndlərin sakinləri pulla odun ala bilərlər -

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xezerxeber.az-ın məlumatına görə, Nazirliyin departament direktoru Ağaqardaş Qaraşov deyib ki, soyuqlarin düşməsinə qədər kəndlərin odunla təmin olunmasını bitirmək istəyirlər.

Bunun üçün kifayət qədər odun ehtiyatı var. Anbarlarda tədarük olunan odun, dəyəri ödənilmək şərtilə qazlaşdırılmamış kəndlərin əhalisinə, təhsil, səhiyyə müssisələrinə, bağçalara, Sərhəd və Daxili qoşunların hərbi hissələrinə verilir.

Ağaqardaş Qaraşov bildirib ki, vətəndaşlar indidən müraciət etməklə odun ala bilərlər.

Odunun qiyməti isə müxtəlif amillərdən asılıdır.

Departament direktoru vurğulayıb ki, soyuq aylarda ağacları qıraraq odun kimi istifadə edənlərə qarşı sərt tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar