İsmayıllı sakini fəhlə kimi işlədiyi evdən oğurluq edib.
Xezerxeber.az-ın məlumatına görə, İsmayıllı rayon Aşağıbaş kənd sakini İlqar Mitəlov yaşadığı fərdi yaşayış evindən qızılların və pulun oğurlanması barədə polisə məlumat verib.
Araşdırmadan sonra müəyyən edilib ki, evdən oğurluq edən şəxs həyətdə fəhlə işləyən rayon sakini Elçin Ağayevdir.
Saxlanılan Elçin Ağayev əməlini etiraf edib.
Elçin Ağayev əvvəllər də eyni maddə ilə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: