Astaradan Bakıya satmaq üçün narkotik maddə gətirən şəxs tutulub.
Xezerxeber.az-ın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazovu paytaxt ərazisində saxlayıblar. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə aşkar olunaraq götürülüb. Qorxmaz Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayan şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nəsimi rayon Polis İdarəsinin əməkdaşları isə narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini İlkin Yusufovu saxlayıb. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İlkin Yusufovun Nəsimi rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan heroin və psixotrop maddə aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edərək özündə saxlayıb.
Faktla bağlı İlkin Yusufov barəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: