Daha bir tərəfdarı AXCP sədri Əli Kərimlini azad sözü boğmaqda, dozümsüzlükdə ittiham edib. Müxalif yönümlü fikirləri ilə tanınan bloger İsmayıl Cəlilov Əli Kərimlinin Azərbaycanın gələcəyi ilə bağlı hər hansı bir konsepiyasının, planının olmadığını bildirib."siz müxalifətdəsiniz hələ görün tərəfdarlarınız nələr edir. Mən sizin quracağınız Azərbaycandan qorxuram",- deyə İsmayıl Cəlilov bildirib.
İsmayıl Cəlilov vaxtilə tərəfdarı olduğu AXCP sədri Əli Kərimlini tənqid atəşinə tutub.Onu azad sözü boğmaqda, dözümsüzlükdə ittiham edib.
İsmayıl Cəlilov ona qarşı hücumların, rəhbərlik etdiyi internet kanalında bir müddət əvvəl Əli Kərimli ilə bağlı səslənən tənqidlərdən sonra başladığını bildirib. O, Əli Kərimlini demokratik dəyərlərdən uzaq, tənqidə dözümsüz biri kimi səciyyələndirib.
"Gələcək haqqında danışın, budurmu sizin qurmaq istədiyiniz gələcək",- deyərək Əli Kərimliyə öz narazılığını bildirən bloger, AXCP sədrinin Azərbaycanın gələcəyi ilə bağlı hər hansı bir konsepsiyasının, planının olmadığını vurğulayıb.
İsmayıl Cəlilov Əli Kərimli və onun tərəfdarlarını siyasi fəaliyyətlə yox, trolluqla məşğul olmaqda ittiham edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: