Cennifer Lopez Toronto Film Festivalında sarı libası ilə göz qamaşdırıb.
Yüksək səviyyədə təşkil olunmuş festivalda Cennifer Lopez, Kristen Stüart, Rene Zellveger, Nikol Kidman, Dakota Conson və başqaları iştirak edib. Artıq festivalda bir neçə filmin təqdimatı baş tutub.
Baş rolda Kristen Stüartın oynadığı "Düşmənlərin acığına" filmi birinci nümayiş edilib. Qala gecəsində onu tərəf müqabili Zazi Bitç də müşayiət edib. Qırmızı xalı çıxışı üçün Kristen "Chanel”dən tvid kostyum, Zazi isə "Miu Miu”dan ipək paltar seçib.
Daha sonra Cennifer Lopezin striptizçi qadının həyatından bəhs edən "The Hustlers at Scores” filminin təmtəraqlı nümayişi baş tutub. Mərasimdə dünya şöhrətli ulduzu basketbolçu sevgilisi Aleks Rodrigez müşayiət edib. İctimaiyyət qarşısına Lopez "Maison Yeya"dan parlaq bir paltarda çıxıb. Ulduzun bu filmin qalasına geyindiyi libasın dəyəri təxminən 34900 manatdır, "Judith Leiberny” markasından olan dollar klatçının qiyməti isə təxminən 9683 manatdır. O, obrazını "Femma la” brendindən seçdiyi 2000 manatlıq ayaqqabıları ilə tamamlayıb.
Növbəti gün Dakota Consonun baş rolda oynadığı, Qabriela Kaupertuaeytin rejissorluğu ilə çəkilən "Dost" filminin premyerası keçirilib. Aktrisa qırmızı xalçada zərif və şıq əlbisəsi ilə hər kəsi valeh edib. Premyera üçün Dakota "Dior”dan şəffaf korseti və tüllü yubkası olan paltar seçib.
Film təqdimatlarından sonra "The Hollywood Reporte” jurnalının təşkil etdiyi tədbir baş tutub. Bu tədbirə isə Ceylo və Dakota fərqli geyimlərdə təşrif buyurub. Cennifer günəş sarısını gecə qırmızısına dəyişib.
"Valentino”dan zeytun yaşılı, çiyni açıq paltar seçən Dakota növbəti dəfə də zəriflik nümunəsi olmağa müvəffəq olub. Yeri gəlmişkən, bu ziyafətdə Dakotanın "Bozun 50 çaları” filmindəki tərəf müqabili Ceymi Dornan da görünüb.
publika.az