ABŞ-ın bəzi ştatlarını və Baham adalarını yerlə yeksan edən Dorian qasırğası hazırda Kanadadadır.
CNN xəbər verir ki, 2-ci təhlükə kateqoriyasında olan qasırğa Kanadanın cənub-şərqindəki Nova Skotia bölgəsini təsiri altında saxlayıb.
Hazırda bölgədə 330 mindən çox insan elektriksiz qalıb.
ABŞ Milli Qasırğalara Nəzarət Mərkəzi Dorianın təsirini itirərək tropik fırtınaya çevrildiyini, lakin şiddətli küləklərin Kanadanın şərq sahillərində əsməyə davam edəcəyini açıqlayıb.
Kanada İctimai təhlükəsizlik naziri Ralf Qudeyl hökumətin qasırğadan zərər çəkən yerlərə ordu göndərdiyini bildirib.
Qeyd edək ki, Dorian qasırğası ötən həftə Baham adalarında 43 nəfərin ölümünə səbəb olub./publika.az