Havaların soyuması heç də gözlənilməz olmadı. Hidrometroloqlar deyirlər ki, əslində elə sentyabr ayı üçün belə havanın keçməsi normaldır. Meteohəssas insanlara isə tövsiyyə edilir ki, daha diqqətli olsunlar.
İsti hava yerini küləyə və yağışa verdi. Sentyabr ayının ilk həftəsinin küləkli və yağıntılı keçməsi, payızın gəlişini xatırladır. Ekologiya və təbii sərvətlər nazirliyinin milli hidrometeorologiya departamentinin baş hidroloqu Asif Verdiyev deyir ki, qeyri - sabit hava şəraiti sabah səhər saatlarınadək davam edəcək:
Sabah səhər, 10 sentyabrda isə axşam saatlarında yarımadanın bəzi yerlərinə qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal - qərb küləyi gündüz cənub - qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu səhər saatlarında 22-26 dərəcə təşkil edəcək.
Baş hidroloqun sözlərinə görə, meteoroloji amillərin zəif və mülayim təsirləri meteohəssas insanlar üçün əlverişli olacaq.