Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bədbəxt hadisə baş verib.
Rayonun Sülh küçəsində yerləşən binadakı mənzillərin birindən 4 yaşlı uşaq 4-cü mərtəbədən yerə yıxılıb.
2015-ci il təvəllüdlü Hüseynli Ayan Elnur qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Uşaq ətrafdakıların köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Valideynlər uşaq xəstəxanaya yerləşdiriləndən sonra hadisədən xəbər tutublar. Valideynlərin verdiyi məlumata görə, uşaqda daxili qanaxma da baş verib. Onun vəziyyəti ağır olduğundan 3 saylı şəhər kliniki xəstəxanasından özəl klinikaların birinə köçürülüb. Hazırda azyaşlının müalicəsid davam edir.