Zərdab rayon polis şöbəsinin əməkdaşları reyd keçirib.
Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı 50-dən çox sürücü saxlanılıb. Qayda pozan sürücülər cərimələnib, protokol tərtib edilib.
Saatlı rayonunda da reyd keçirilib. Yol polisi əməkdaşları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri birlikdə "Təmiz hava" aylığı çərçivəsində təşkil olunan reyd zamanı rayonun küçə və prospektlərində yaradılan postlarda nəqliyyat vasitələri yoxlanılıb, havaya ixrac edilən qazın normadan artıq olduğu avtomobillərin sürücüləri cərimələnib.
Keçirilən tədbirlər zamanı müxətlif qayda pozan sürücülər də aşkar edilib. Tədbirlər zamanı sürücülük vəsiqəsi olmayan , yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər qayda pozuntusuna yol verən sürücülərə də rast gəlinib.
Qeyd edək ki, son günlər havaların isti keçməsi ilə əlaqədar yollarda baş verə biləcək hər hansı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün sürücülər arasında təbliğat işləri də aparılır. Əsas məqsəd sürücülərin sükan arxasında yorğun və yuxulu olması səbəbindən baş verə biləcək qəzaların qarşısını almaqdır. Bu məqsədlə bütün stasionar postlarında sürücülər üçün şərait yaradılıb. Stasionar postlarında sürücülər üçün əl-üz yumaq, su içmək və qısamüddətli istirahət etmək üçün şərait var. Minik maşını, avtobus, mikroavtobus və yük maşınlarının sürücüləri stasionar postlarında saxlanılır, onların sənədləri yoxlanılır və sürücülərlə yanaşı sərnişinlərə də qısamüddətli istirahət etmək, su içmək və əl-üzünü yumaq təklif olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: