Cümə günü Finlandiyanın Oulu şəhərində xəyali gitarada ifa üzrə illik dünya çempionatı keçirilib.
TASS-ın verdiyi məlumata əsasən, birinciliyi bu dəfə münsiflər heyəti tərəfindən ən yüksək qiymətləri alan ABŞ nümayəndəsi "Markiz” Rob Messel əldə edib.
Yarışı izləmək üçün şəhərin mərkəzi meydanı olan Rotuaaridə ümumilikdə 3 min nəfər toplaşmışdı.
Qeyd edək ki, qaydalara əsasən, finalda iştirakçılar iki raundda iki kompozisiyanın müşayiəti altında xəyali gitarada ifa göstərməlidirlər. Kompozisiyaların hər birinin müddəti 60 saniyədir.
Birinci kompozisiya "gitaraçı" tərəfindən müstəqil seçilir, ikincini isə təşkilatçılar təklif edirlər və musiqiçi onu ilk dəfə yalnız səhnədə eşidir.
Çempionatın qalibinə mükafat qismində fin ustaları tərəfindən hazırlanmış əsl gitara təqdim olunur.