Xəzər Xəbər

Ucar rayonunun bir neçə kəndində su qıtlığı yaşanır - VİDEO

Veb TV | 19:50 • 24 Avqust 2019
Ucar rayonunun bir neçə kəndində su qıtlığı yaşanır -

Ucar rayonunda bir neçə kənd suvarma problemi ilə üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Küçəkənd kəndinin sakinləri bir aya yaxındır ki, susuzluqdan əziyyət çəkirlər.

Onların sözlərinə görə, hər il bu vaxtlar analoji vəziyyət yaranır. Kəndə gələn kanalda su ola- ola su sarıdan əziyyət çəkirlər.

Ucar Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən bir neçə kənddə su azlığı yaranıb.

Odur ki, hazırda su növbəlilik əsasında paylanılır.

Qeyd edək ki, su qıtlığı rayonun Alpoud, Ramal və Alıkənd kəndlərində də yaşanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar