Bu gün Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi və gənclərlə görüş keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, Masallı Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri Hadi Rəcəbli, Nəriman Əliyev və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə Əli Əhmədov deyib ki, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: "Bu, təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlət, istər cəmiyyət, istər də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan gəncləri yaxşı təhsil almalı, sağlam böyüməli, idmanla, bədən tərbiyəsi ilə məşğul olmalıdır.
Sonra idmançılar arenaya çıxıb, öz məharətlərini göstərib. Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: