Gəncənin simvollarından biri kimi qəbul edilən "Butulkalı ev” dövlət vəsaiti hesabına əsaslı şəkildə təmir edilir.
Xatırladaq ki, "Butulkalı ev” 1967-ci ildə inşa edilib. Bu tarixi evi İbrahim Cəfərov 1967-cı ildə ikinci dünya müharibəsindən qayıtmayan qardaşı Yusifin xatirəsini əbədiləşdirmək üçün tikib.
Evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıq qulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edilib.
Xezerxeber.az-ın məlumatına görə, hazırda evin dam örtüyü, eləcə də tavanı yenilənir. Həmçinin binanın eyvanında beton işləri görülür. Layihəyə görə binanın görünüşünə zərər verilməyəcək.
"Butulkalı ev”in sahibi Rövşən Cəfərov qeyd edib ki, bu ev onun babasının olub. Uzun müddət idi ki, təmirə ehtiyac var idi. Eyvanda çatlar əmələ gəlmişdi, yerə 60-cı illərdən vurulan taxta çürümüşdü.
Təmir işlərinin bir ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: