Ötən gün Şəki rayonunun Təpə Cənnət, Oraban, Aşağı Küngüt , Qayabaşında və Cəyirli kəndlərinin ərazilərində kol-kos, biçilmiş taxıl sahələrində, Kosalı, kəndi yaxınlığında isə dağlıq ərazidə kol-kos və quru ot sahələrində yanğın olub. Həmin gün güclü küləyin əsməsi yanğını daha da şiddətləndirib.
Xezerxeber.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki, Oğuz, Yevlax, Qax rayonlarının və Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə hissələrinin 10 yağınsöndürən maşını, 60 nəfərə yaxın şəxsi heyəti, Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 hektar sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi və xüsusən kəndlərin yaşayış sahələri yanğından mühafizə olunub. Hazırda yanğın söndürülüb, ərazi nəzarətdə saxlanılır.
İki gündur ki, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə davam edən yangın da söndürülüb.Yanğının söndürlməsinə çətinliklər yaradan səbəb havanın küləkli olması, əraziyə texnikaların yaxınlaşa bilməməsi olub. Yanğının söndürülməsi həm helikopter, həm də canlı qüvvə vasitəsi ilə mümkün olub.
Hazırda nəzarətdə saxlanılan sahələrdə közərmiş ağacların tüstülənməsi müşahidə olunur.
Avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın isə tam söndürülüb.
Bu gün həmçinin Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə və Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Hazırda hər iki yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: