Bərədə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə avqustun 22-də saat 19:50 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində qeydə alınıb. Zümürxan kənd sakini, Zahir Sadıqov kənd ərazisində yerləşən göldə balıq tutarkən ürək tutmasından suya yıxılıb. Nəticədə o suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən aşkar edilərək sudan çıxarılıb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.