Avqustun 3-dən 17-dək "Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində keçiriləcək müxtəlif müsabiqələrdə iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçularının hazırlığı davam edir. "Tank biatlonu” və "Snayper həddi” müsabiqələrinə qatılan tank heyətləri və snayperlərin təlim poliqonunda hazırlıq məşqləri keçirilib.