Paytaxt bazarlarında soğanın bir kiloqramının qiyməti 60 qəpik 2 manat arasında dəyişir. Amma buna baxmayaraq, rayonlarda çıxan payızlıq soğan fermerlərin əlində qalıb.
Xezerxeber.az-ın məlumatına görə, Ağdamdan olan fermer Saday Quliyevin sözlərinə görə, əkib-becərdikləri soğan sahələrdə alıcıların yolunu gözləyir.
Bölgələrdə məhsul həm bol, həm də ucuzdur. Amma Bakıda tam əksinə, soğanın qiyməti bahadır. bazarda soğanın qiymət növünə və yetişdiyi bölgəyə görə 60 qəpiklə 2 manat arası dəyişir.
Soğanın baha olmasının səbəbini isə satıcılar fərqli amillərdən asılı olduğunu deyillər.
Mütəxəssislər isə bölgələrdə olan ucuzlaşmanın yaxın günlərdə paytaxt bazarlarında da hiss ediləcəyini bildirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: