Respublika əhəmiyyətli daha bir yol əsaslı şəkildə təmir edilir.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakı-Ələt-Qazax- Gürcüstan dövlət sərhədi avtomobil yolundan gedir.
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarında asfalt örtüyünün yenilənməsi və bərpası istiqamətində, ilkin olaraq daha çox yararsız hala düşən 69-116-cı km-lik hissəsində təmir-tikinti işlaərinə start verilib.
Təmir-tikinti işləri ilə əlaqədar sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılarıb. Müvəqqəti olaraq Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub. Təmir-bərpa işləri çərçivəsində yol yatağının deformasiyaya uğramış yararsız hissələri qazılaraq çıxarılır, yararlı qrunt ilə əks dolğu işləri aparılaraq yenidən kipləşdirmə işləri görülür.
Birinci mərhələ üzrə, yəni Hacıqabul-Ələt hissəsində işlər tam başa çatdıqdan sonra, ikinci mərhələ üzrə işlərə başlanılacaq. İşlərin ümumilikdə bir neçə aya tam yekunlaşması planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: