Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində güclü yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, nəticədə 12 mağaza yanaraq külə dönüb.
Axşam saatlarında "Köhnə bazar" adlanan ərazidə umumi sahəsi 2000 m² olan, bir-birinə bitişik, müxtəlif təyinatlı obyektlərin qalayçı sexi və mebel mağazaları yanaraq külə dönüb.
Bir anda başlayan yanğın qısa zamanda 12 mağazanı kül edib. Sahibkarlara 100 minlərlə manat ziyan dəyib.
Yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir.
Rayon Fövqəladə Hallar komissiyasının sədri Vahid Qarayev də yanğın baş verən ərazidə olub, hadisədən ziyan çəkən sahibkarlarla görüşüb. Komissiya tərəfindən xüsusi qrup yaradılaraq hadisənin başvermə səbəbləri və dəymiş ziyan araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: