Xəzər Xəbər

Dağlıq ərazilərdə istirahətə maraq artıb - VİDEO

Veb TV | 19:50 • 21 İyul 2019
Dağlıq ərazilərdə istirahətə maraq artıb -

Yay mövsümündə bölgələrdəki turizm mərkəzlərinə üz tutanlarla yanaşı, dağlarda istirahət edənlərin də sayı kifayət qədərdir. Dağlıq yerlərdə istirahətə gələnlər bu gözəllikləri görüb heyran qalırlar.

Xezerxeber.az-ın məlumatına görə, dağlarda kimi gül yığır, kimi samovar qaynadır, kimi isə kabab bişirir.

Söhbət Qubanın Böyük Qafqaz sıra dağlarında yerləşən Buduq Cafı meşəsindən gedir.

Meşədəki min hektarlarla təbii gül sahələri bura gələnləri feyziyab edir. Dəqiqələr içində gah duman gəlir, gah da havanın isti olması istirahətə gələnlərin marağına səbəb olur. Ucqar yerdə istirahətə gələnlər bu gözəllikləri görüb heyran qalırlar.

Dağlar qoynunda bu şəkildə istirahət edənlər həm dadlı təamlar bişirir, həm də gül-çiçək toplayırlar.

Yerli turistlərin sözlərinə görə, bu dağlarda istirahəti bilənlərlə bərabər, bundan xəbərsiz olanlar da kifayət qədərdir.

Təbiətin qoynunda bu şəkildə istirahət etmək adam sayından asılı olaraq 30-50 manata başa gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar