Azərbaycanda ən qədim qalalardan biri də Qubadakı "Söhüb" qalasıdır. Yaşlı insanların dediklərinə görə, bu qədim tikilinin əsl adı "Sükut" qalasıdır. Dövrümüzə qədər gəlib çatan "Söhüb" qalası indiyədək hələ də bəzi sirləri özündə saxlayır.
Xezerxeber.az-ın məlumatına görə, Qubanın Söhüb kəndində yerləşən bu qaladan yeraltı gizli yollar ayrılır. "Söhüb" qalası qədimdə hərbi xəbərləşmə qalası kimi istifadə olunub. Yerli sakinlər deyirlər ki, düşmən gələndə özünəməxsus qaydada xəbərləşmə həyata keçirilib. Hərbi məlumatlar gündüz güzgülər, gecə isə tonqal vasitəsilə uzaq məsafələrə ötürülüb.
Ən maraqlı məqamlardan biri isə qalanın girişi ilə bağlıdır.
Uzaqdan 2 çəlləyə oxşayan bu tikiliyə "Sükut qalası" da deyilir. Deyilənlərə görə, insanlarda kliniki ölüm olanda 3 gün meyiti orda saxlayıblar ki, bəlkə ayıla. Qalanın üstündə tonqal qalandığına görə onun izləri indi də qalmaqdadır. Bəzi aradırmaçıların fikrincə, "Söhübqala" sözünün mənası "qala tərəfi", "qalanın səmti" demək imiş.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: