Xəzər Xəbər

Getdiyi toylara pul yazdırmır, kitab hədiyyə edir - Gənc blogerdən maraqlı təşəbbüs - VİDEO

Veb TV | 19:43 • 20 İyul 2019
Getdiyi toylara pul yazdırmır, kitab hədiyyə edir -

Gənc bloger Sərxan Rüstəmov getdiyi toylara pul yazdırmır. Onun əvəzində bəy-gəlinə kitab hədiyyə edir.

Xezerxeber.az-ın məlumatına görə, o, bununla toylarda fərqli ənənənin formalaşacağına inanır. Artıq bir neçə aydır ki, getdiyi toylarda bu addımı atır. İnsanları bu kampaniyaya cəlb etmək üçün sosial şəbəkələrdə ''Toya kitab at'' adlı trendin əsasını qoyub.

Sərxan Rüstəmov deyir ki, bu təşəbbüsü reallaşdırmazdan əvvəl toydakı insanların, xüsusilə də bəy və gəlinin buna necə reaksiya verəcəyini də nəzərə almaq lazımdır. O, bu kampaniya vasitəsilə insanları kitab oxumağa təşviq etmək istəyir.

Sərxan Rüstəmov bildirir ki, kampaniyaya başladıqdan sonra müsbət qiymətləndirənlər olub. Bir sıra şəxslər də eyni addımı atacaqlarını qeyd ediblər. Amma neqativ yanaşanlar da var.

Gənc bloger təşəbbüsünün geniş yayılacağına ümid edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar